Slovakiya Baş naziri təkrar müayinə olunacaq
Bizi izləyin

Dünya

Slovakiya Baş naziri təkrar müayinə olunacaq

Sui-qəsd cəhdindən sonra Banska-Bistrica xəstəxanasına yerləşdirilən Slovakiya Baş naziri Robert Fitso mayın 27-də təkrar müayinədən keçəcək.

Publika.az xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi məlumat yayıb.

“Baş nazirin hazırkı vəziyyəti tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub. Baş nazirin səhhəti tədricən yaxşılaşmaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm