6,6 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Bizi izləyin

Dünya

6,6 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ

Okeaniyanın Polineziya subregionunda yerləşən Tonqa Krallığının sahilində 6,6 maqnitudalı zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, təbiət hadisəsinin episentri krallığın paytaxtı Nukualofadan 191 km şimalda olub. Zəlzələnin ocağı 140 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm