Nazirlər toplaşır: Fələstini daha hansı ölkələr tanıyacaq?
Bizi izləyin

Dünya

Nazirlər toplaşır: Fələstini daha hansı ölkələr tanıyacaq?

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Belçikanın paytaxtı Brüsseldə görüşəcək.

Publika.az xəbər verir ki, Fələstin və Ukrayna məsələləri görüşün ən mühüm mövzularıdır. İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanıması qərarından sonra keçiriləcək ilk Aİ Xarici İşlər Nazirləri iclasında digər ölkələrin bu qərarı verib-verməyəcəyi də müzakirə olunacaq.

İclas Avropa İttifaqının ali komissarı Josep Borrellin sədrliyi ilə keçiriləcək. Avropa xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər xarici işlər nazirləri ilə də görüşəcəklər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm