İfrat sağçıdan mühacirləri qorxudan vəd: Buna son qoyacağam
Bizi izləyin

Dünya

İfrat sağçıdan mühacirləri qorxudan vəd: Buna son qoyacağam

Fransada ifrat sağçı Milli Birlik (RN) partiyasının lideri Cordan Bardella erkən ümumi seçkilərdə qalib gəlsələr, ölkədə immiqrasiya axınını xeyli azaldacaqlarını vurğulayıb.

Publika.az xəbər verir ki, Fransada növbədənkənar ümumi seçkilərə qatılan üç mühüm partiyanın nümayəndələri Fransanın TF1 kanalında iqtisadiyyat, enerji və immiqrasiya kimi mövzularda seçki vədlərini müzakirə ediblər.

Bardella ölkədə doğulan mühacirlərin avtomatik olaraq Fransa vətəndaşlığını almasını istəmədiyini bildirib. Eyni zamanda qanuni olaraq ölkədə olmayan əcnəbilər üçün pulsuz səhiyyə xidmətini də ləğv etmək istədiyini bəyan edib.

O, ölkədə təhlükəsizliyi bərpa edəcəyinə söz verib: "Bu gün milyonlarla fransız Fransanı, böyüdüyü ölkəni tanıya bilmir. Əslində mən bu çılğın kütləvi miqrasiya siyasətinə son qoymağımızı istəyirəm".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm