Zelenskiyə bəd xəbər: Si Cinpin qərarını dəyişməyəcək
Bizi izləyin

Dünya

Zelenskiyə bəd xəbər: Si Cinpin qərarını dəyişməyəcək

Ukrayna prezidenti Vladimir Zelenskinin Xarkovda qeydə alınan video dəvəti Çin prezidenti Si Cinpini İsveçrədə Ukrayna ilə bağlı konfransa gəlməyə məcbur etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Sky News”un köşə yazarı Con Sparks bildirib.

Onun sözlərinə görə, Si Cinpin daha əvvəl açıq şəkildə bəyan edib ki, Ukrayna münaqişəsinin ona heç bir aidiyyəti yoxdur.

"Düşünürəm ki, Zelenskinin Xarkovdakı xarabalıqlar fonunda lentə aldığı video dəvətinin Si Cinpini mövqeyini dəyişməyə məcbur edə biləcəyi ehtimalı azdır", - Sparks deyib.

O aydınlaşdırıb ki, hazırda Kiyev rejiminin həyata keçirdiyi PR kampaniyaları təkcə dünyaya deyil, Ukraynanın ən yaxın müttəfiqlərinə də təsirini itirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm