Rusiya kəşfiyyati Avropada hərəkətə keçdi - Qərbdən təxribat xəbərdarlığı
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyati Avropada hərəkətə keçdi - Qərbdən təxribat xəbərdarlığı

Rusiya kəşfiyyat xidmətləri son vaxtlar Avropada yandırma və ya yandırmağa cəhd kimi kiçik təxribat əməliyyatlarının həyata keçirilməsində getdikcə fəallaşıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” Amerika kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri hesab edirlər ki, belə hadisələr təsadüfi görünsə də, onlar Ukraynaya dəstəkdən Avropada guya artan narazılıq görüntüsü yaratmaq və Ukrayna hərbçilərinin silah təchizatına maneələr yaratmaq məqsədi daşıyır.

Belə təxribata misal olaraq Böyük Britaniyada anbarın, Polşada boya zavodunun, Latviyada binanın və Litvada IKEA mağazasının yandırılmasını göstərmək olar.

Avropa və Amerika kəşfiyyat agentlikləri hesab edir ki, söhbət koordinasiyalı kampaniyadan gedir. Bunun arxasında isə Rusiya Baş Kəşfiyyat İdarəsi dayanır.

Nəşrin mənbələrinə görə, bu cür təxribat digər məsələlərlə yanaşı, Avropa ölkələrini bütün silah tədarükü zəncirinin təhlükəsizliyini artırmağa məcbur etmək, bununla da xərcləri artırmaq və Ukraynaya hərbi yardımın göstərilməsi tempini ləngitmək məqsədi daşıya bilər.

Məlumata görə, Rusiya kəşfiyyat xidmətlərinin arxasında olduğu güman edilən təxribat hücumlarının sayının artması məsələsi NATO-ya üzv ölkələrin nümayəndələrinin ABŞ Milli Kəşfiyyatının rəhbəri ilə iyunda keçirilməsi planlaşdırılan görüşündə müzakirə olunacaq.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm