Rusiyada ermənilərlə ruslar bir-birinə girdi - KÜTLƏVİ DAVADAN FOTO
Bizi izləyin

Dünya

Rusiyada ermənilərlə ruslar bir-birinə girdi - KÜTLƏVİ DAVADAN FOTO

Başqırdıstanın İlişevski rayonunun Verxneyarkeevo kəndində Şimal Hərbi Dairəsinin keçmiş hərbçiləri, yerli ermənilər və yerli sakinlər arasında kütləvi dava olub.

Publika.az "Readovka" teleqram kanalının məlumatına istinadən xəbər verir ki, mübahisə ötən gün baş verib. İlkin məlumatlara görə, Ukrayna müharibəsində iştirak edən bir qrup şəxs və yerli ermənilər arasında mübahisə baş verib, daha sonra isə davaya çevrilib.

Bildirilir ki, yerli sakinlər ermənilərlə görüşə gələrək onlardan - Rusiya-Ukrayna müharibəsi iştirakçılarından üzr istəmələrini tələb ediblər. Nəticədə yüzdən çox insanın iştirak etdiyi yeni dava başlayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm