80 yaşlı kişi gələcəkdə həyata qaytarılmaq ümidi ilə donduruldu
Bizi izləyin

Dünya

80 yaşlı kişi gələcəkdə həyata qaytarılmaq ümidi ilə donduruldu

Avstraliyada illər sonra həyata qayıtmaq ümidi olan bir insan mənfi 200 dərəcə soyuqda dondurulub.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyadakı “Southern Cryonics” şirkəti açıqlama verib.

Şirkətin sahibi Filip Rhoades prosesin çox gərgin keçdiyini, müxtəlif günlərdə edilməli olan bir sıra prosedurların olduğunu bildirib. Mayın 12-də dünyasını dəyişən 80 yaşlı şəxsin dondurulma prosesinə ölümündən dərhal sonra başlandığı bildirilib. Şirkət bu əməliyyat üçün ilk müştərisindən təxminən 160 min dollar alıb.

“ABC News”un məlumatına görə 10 saatlıq bu proses həmin şəxsin həyata qayıtma şansını təmin etmək üçün həyata keçirilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm