Le Pen Makronu ötdü
Bizi izləyin

Dünya

Le Pen Makronu ötdü

Fransada Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli Birlik partiyası ümum Avropa seçkilərinə iki həftə qalmış prezident Emmanuel Makronun İntibah partiyası üzərində liderliyini artırıb.

Publika.az xəbər verir ki, bunu "La Tribune" və "BFM TV"nin keçirdiyi "Elabe" sorğusunun nəticələri sübut edir.

Hansı partiyaya səs verəcəklərini soruşduqda respondentlərin 33%-i “Milli Birlik” partiyasını, 15,5%-i isə Makronun ittifaqına üstünlük verib.

Rafael Qluksmanın başçılıq etdiyi Sosialist Partiyası 13%, solçu "Yenilməz Fransa" partiyası 8%, Yaşıllar isə 6% səs toplayıb. Mühafizəkar respublikaçıları respondentlərin 7%-i dəstəkləyib.

Sorğu mayın 24-25-də keçirilib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm