İspaniya Ukrayna ilə bağlı sözünü tutdu - Görün nə göndərirlər
Bizi izləyin

Dünya

İspaniya Ukrayna ilə bağlı sözünü tutdu - Görün nə göndərirlər

İspaniya elan etdiyi yardım paketi çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri və 19 "Leopard 2A4" tankı üçün raketlər göndərməyə hazırlaşır.

Publika.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, paketə onlarla "Patriot" raketi, Almaniya istehsalı olan 19 işlənmiş" Leopard 2A4" tankı, həmçinin İspaniya istehsalı olan digər silahlar, xüsusən də pilotsuz təyyarələrə qarşı silahlar və sursatlar daxildir.

Paketin ümumi dəyəri 1,23 milyard dollar olacaq - bu, ötən ay təsdiqlənib, lakin sonra hansı silahların daxil ediləcəyi açıqlanmayıb.

İspaniyanın baş naziri Pedro Sançesin nümayəndələri xəbərləri şərh etməkdən imtina ediblər.

Bildirilir ki, yeni silah tədarükləri Ukrayna prezidenti Volodimir Zelenskinin bazar ertəsi Madridə rəsmi səfəri zamanı elan ediləcək.

Qeyd edək ki, may ayının 20-də İspaniyanın müdafiə naziri Marqarita Robles “Leopard” tanklarının ikinci partiyasının Ukraynaya göndərilməsi, eləcə də digər hərbi yardımlar barədə məlumat vermişdi.

Cari ilin mart ayında isə media Madridin Kiyev üçün 19 "Leopard 2A4" tankı hazırladığını yazmışdı. Rəsmi olaraq isə İspaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynanın alacağı tankların nə sayını, nə də növünü açıqlayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm