Rusiya “Taliban”ı tanıdı: Əsl gücdür
Bizi izləyin

Dünya

Rusiya “Taliban”ı tanıdı: Əsl gücdür

“Taliban” Əfqanıstanda əsl gücdür.

Publika.az xəbər verir ki, bunu bazar ertəsi, mayın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Taliban”ın qadağan olunmuş təşkilatlar siyahısından mümkün çıxarılmasını şərh edərkən deyib.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, “Əfqanıstan Rusiya Federasiyasına biganə deyil”.

Yada salaq ki, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Putinə Rusiyada qadağan olunmuş “Taliban”ı müvafiq siyahıdan çıxarmağı təklif etmişdi.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, “Taliban” hərəkatının nümayəndələrinə iyunun əvvəlində keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün dəvət göndərilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm