Aİ Rusiyaya qarşı yenə sanksiya tətbiq etdi: Bu dəfə Navalnıya görə
Bizi izləyin

Dünya

Aİ Rusiyaya qarşı yenə sanksiya tətbiq etdi: Bu dəfə Navalnıya görə

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyada ciddi insan haqları pozuntularına görə yeni sanksiyalar qəbul ediblər.

Publika.az DPA agentliyinə istinadən xəbər verir ki, məlumatı bir neçə diplomat təsdiqləyib.

Bildirilir ki, yeni sanksiya rejimi Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündən sonra yaradılıb.

Tədbirlər müxalifətə qarşı repressiyalara görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı yönəlib.

Diplomatların sözlərinə görə, budəfəki tədbirlər Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına görə tətbiq edilən iqtisadi sanksiyalardan fərqlənir.

Sanksiyalara Avropa İttifaqına girişin qadağan edilməsi və Aİ ölkələrində yerləşən aktivlərin dondurulması kimi tədbirlər də daxildir.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı dövlətlərinin daimi nümayəndələri Navalnının həbsxanada ölümünə görə məsuliyyət daşıyan 20-yə yaxın şəxsə qarşı yeni sanksiyalar barədə razılığa gəliblər.

Fevralda Avropa İttifaqının səkkiz ölkəsi Aİ-nin xarici siyasət rəhbəri Josep Borrelldən Navalnının ölümü ilə bağlı Rusiya prokurorları, hakimləri və həbsxana rəsmilərinə sanksiya tətbiq etməyi xahiş edib.

Bildiyiniz kimi, Rusiya Federasiyasının Federal Penitensiar Xidməti fevralın 16-da günorta saatlarında Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında ölməsi barədə məlumat yayıb.

Qərb dövlətləri ölümdə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Amma ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Putin müxalif siyasətçinin öldürülməsinə göstəriş verməyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm