Xolesterolu azaldan dərmanı kəşf edən alim görün harada dünyasını dəyişib
Bizi izləyin

Dünya

Xolesterolu azaldan dərmanı kəşf edən alim görün harada dünyasını dəyişib

Xolesterolu azaldan statinlərin kəşfi və koroner ürək xəstəliyinin müalicəsində irəliləyiş əldə etməsi ilə tanınan yapon biokimyaçı Endo Akira vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə NHK dövlət televiziyasında bildirilib. Məlumata görə, Endo paytaxt Tokiodakı qocalar evində dünyasını dəyişib.

O, 1973-cü ildə mavi kif tərəfindən istehsal olunan statin adlı bir maddənin xolesterol istehsalının qarşısını aldığını və qanda xolesterin səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını kəşf edib. Bu kəşf nəticəsində istehsal olunan ilk statin preparatı 1987-ci ildə ateroskleroza qarşı ABŞ-da istifadəyə verilib. Dərman iki il sonra Yaponiyada satışa çıxarılıb.

Nailiyyətlərinə görə Endo 2008-ci ildə ABŞ-da "Laskar Mükafatı" və 2017-ci ildə Kanadanın "Gairdner Beynəlxalq Mükafatı" daxil olmaqla, bir çox nüfuzlu mükafatlara layiq görülüb. O, 2011-ci ildə Yaponiyada "Mədəni Fəxri Şəxs" adına layiq görülüb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm