Türkiyə NATO-dan çıxacaq: Rusiyadan sensasion iddia
Bizi izləyin

Dünya

Türkiyə NATO-dan çıxacaq: Rusiyadan sensasion iddia

Rusiyalı filosof və politoloq Aleksandr Duqin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın BRİKS-ə qoşulmaq istəməsi ilə bağlı açıqlamasına toxunub.

Publika.az xəbər verir ki, Duqin deyib ki, Fidanın açıqlaması Ankara üçün “tarixi və əslində dönüş nöqtəsidir”.

“Türkiyə bu oriyentasiya ilə müstəqilliyini möhkəmləndirəcək. Bütün çətinliklərə baxmayaraq, Türkiyə müxtəlif qütblər arasında tarazlığı qoruyub saxlaya bildi. Ancaq eyni adam eyni anda iki stulda otura bilməz. Türkiyənin tarazlıq siyasəti belə davam edə bilməz”, - deyə o bildirib.

Duqinin sözlərinə görə, Türkiyə BRİKS-ə üzv olarsa, bu vəziyyət son nəticədə Türkiyənin NATO-dan çıxmasına gətirib çıxaracaq.

Qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının abbreviaturasıdır. Adıçəkilən ölkələr həmin təşkilatın üzvüdür və hər il sammit keçirirlər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm