Bu ölkələrdə qorxunc xəbərdarlıq: Zəlzələ gözləniləndən daha dəhşətli olacaq
Bizi izləyin

Dünya

Bu ölkələrdə qorxunc xəbərdarlıq: Zəlzələ gözləniləndən daha dəhşətli olacaq

ABŞ-da aparılan araşdırma nəticəsində Kanadanın Vankuver adasından ABŞ-ın Kaliforniya əyalətinin şimalına qədər uzanan bölgədə gözləniləndən daha böyük zəlzələ ola biləcəyi üzə çıxıb.

Publika.az xəbər verir ki, “Science Daily” jurnalının məlumatına görə, araşdırma ABŞ Milli Elm Fondunun (NSF) təşəbbüsü ilə aparılıb. Nəticədə Sakit okeanın şimalında Kaskadiya subduksiya zonası haqqında əhatəli məlumatlar əldə edilib.

Tədqiqatçılar istifadə etdikləri yeni texnologiyaların bu təbəqələrin böyük zəlzələlər və nəhəng dalğalar yarada biləcəyini göstərdiyini bildiriblər. Onlar zəlzələnin dəqiq vaxtı barədə məlumat verməyin mümkünsüz olduğunu qeyd ediblər. Proqozlara əsasən, zəlzələnin böyüklüyü 9 bal və ya daha çox ola bilər.

Qeyd edək ki, dünyadakı bütün zəlzələlərin 90 faizi və böyük zəlzələlərin təqribən 80 faizi "atəş halqası” adlanan Sakit Okean seysmik zonasında baş verir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm