Bu ölkə Rusiyanın şərtləri ilə razılaşır: Sülh haqqında bəyanat
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyanın şərtləri ilə razılaşır: Sülh haqqında bəyanat

Finlandiyalı alim Tuomas Malinen Rusiya və Ukrayna arasında münaqişəni şərh edib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində danışıb.

Malinen Ukraynadakı münaqişənin həlli ilə bağlı bəyanat verib və “Rusiyanın şərtləri ilə sülhü qəbul etməyənlər” üçün tarixin dərslərini xatırladıb.

“Finlandiya və Rusiya (Sovet İttifaqı) 1939-1944-cü illər arasında iki müharibə apardılar və nəticədə Finlandiya ərazisinin 12 faizini itirdi. Birinci dəfə Rusiya zərbə vurdu, ikinci dəfə Finlandiya vurdu”, - o qeyd edib.

Alim əlavə edib ki, Rusiyaya hərbi təhlükə yaratmasa, onunla münaqişədən qaçmaq olar. O qeyd edib ki, Ukrayna bu vəzifəni yerinə yetirə bilməyib. "Finlandiya da bu məsələdə uğursuzluğa düçar olacaq", - deyə Malinen yekunlaşdırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm