G7 ölkələrindən Rusiyanı çökdürəcək qərar: ilin sonuna qədər...
Bizi izləyin

Dünya

G7 ölkələrindən Rusiyanı çökdürəcək qərar: ilin sonuna qədər...

G7 ölkələri ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit verəcəklər. Bu, Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

Publika.az xəbər verir ki, bu barədə liderlərin G7 sammitinin yekunlarına dair kommünikedə deyilir.

“Böyük Yeddilik” ölkələrinin liderləri vurğulayıblar ki, onlar zamanın Rusiyanın tərəfində olması fikrini dağıtmaq istəyirlər və bu, Ukraynanın iqtisadi tənəzzülünə səbəb ola bilər.

Sənəddə deyilir: “Ukraynanın Rusiyaya qarşı uzunmüddətli müdafiəsi ilə bağlı cari və gələcək ehtiyaclarını dəstəkləmək üçün G7 ilin sonuna qədər təqribən 50 milyard dollar əlavə maliyyə təmin etmək üçün Sürətli Təcili Kreditləri (ERA) həyata keçirəcək”.

Sənəddə kreditin Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcəyi də aydınlaşdırılır.

G7 liderləri həmçinin təsdiqləyiblər ki, Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı bərpa edənə qədər ölkələrindəki Rusiya aktivləri dondurulacaq.

Xatırladaq ki, bundan əvvəl Böyük Yeddilik" (G7) ölkələri sözü gedən sammitdə həmçinin Ukraynaya vurulan ziyana görə Rusiyadan 486 milyard dollar ödəməyi tələb etmışdi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm