NATO Putinin sülh təklifindən niyə imtina etdi? - Avropada müharibə hazırlığı
Bizi izləyin

Dünya

NATO Putinin sülh təklifindən niyə imtina etdi? - Avropada müharibə hazırlığı

NATO ölkələrinin nümayəndələri Rusiya ilə hərbi toqquşmaya can atdıqları üçün Vladimir Putinin irəli sürdüyü sülh danışıqlarının şərtlərindən imtina ediblər.

Publika.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində yazıb.

“NATO Rusiya rəhbərliyinin bu gün verdiyi sülh təklifini rədd etdiyini açıqladı. Yüksək hazırlıq vəziyyətində olan əsgərlər müharibə istəyirlər!”, - siyasətçi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının başlanması üçün şərtləri açıqlayıb. Şərtə görə, Kiyev öz qoşunlarını Rusiyanın qondarma regionlarından - DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisindən çıxarmalıdır.

Rusiya dövlət başçısı qeyd edib ki, Kiyev bu şərtlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq. Həmçinin prezidentin sözlərinə görə, Kiyev NATO-ya üzv olmaq planlarından imtina etməsi barədə rəsmi məlumat verməlidir. Moskvanın sülh yolu ilə nizamlanması üçün Ukrayna üçün neytral, bloklara qoşulmayan, nüvəsiz statusa ehtiyacı var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm