Şolts Putinin bu təklifini qeyri-ciddi adlandırdı
Bizi izləyin

Dünya

Şolts Putinin bu təklifini qeyri-ciddi adlandırdı

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifi ciddi qəbul olunmayıb.

Publika.az Almaniyanın ZDF telekanalına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Hamı bilir ki, bu təklif (Putin tərəfindən) ciddi nəzərdə tutulmayıb, sadəcə olaraq, İsveçrədəki sülh konfransı ilə bağlı olub”, - Şolts bildirib.

Beləliklə, Almaniya kansleri Yeddilik Qrupu (G7) ölkələrinin liderlərinin İtaliya sammitində Putinin təklifini nəzərə alıb-almaması sualını cavablandırıb.

Xatırladaq ki, daha əvvəl Putin bildirmişdi ki, Ukrayna Xerson və Zaporojye vilayətlərindən, qondarma Luqansk və Donetsk xalq "respublikalarından" qoşunlarını çıxarsa, Rusiya danışıqlar prosesinə başlamağa hazırdır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm