Baş nazir çaşdı: Ukraynaya qarşı kobud səhv
Bizi izləyin

Dünya

Baş nazir çaşdı: Ukraynaya qarşı kobud səhv

Kanadanın baş naziri Castin Tryudo Qərb ölkələrinin “Ukraynanı məsuliyyətə cəlb edəcəklərini” söyləyib, lakin dərhal səhvini düzəldib.

Publika.az xəbər verir ki, baş nazir mətbuat konfransında jurnalistlərdən birinin sualına cavab olaraq deyib:

"Biz səylərimizi Ukraynanın məsuliyyətə cəlb edilməsinə yönəltməyə davam edəcəyik, üzr istəyirəm, Rusiyanı...".

Qeyd edək ki, İsveçrə iyunun 15 və 16-da Ukrayna ilə bağlı sülh konfransına ev sahibliyi edəcək. Zelenskinin ofisinin rəhbəri Andrey Ermakın sözlərinə görə, Kiyev bununla da Ukraynanın “sülh formulu”nu təsdiqləmək istəyir. Rusiyanın Berndəki səfirliyinin mətbuat katibi Vladimir Xoxlov bildirib ki, “sülh formulu” onun maraqlarına zidd olduğu üçün Rusiya dəvət almayıb və iştirak etməyi planlaşdırmayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm