Müharibədən çıxış yolu Fələstini tanımaqdır: G7 ölkələri çağırış etdi
Bizi izləyin

Dünya

Müharibədən çıxış yolu Fələstini tanımaqdır: G7 ölkələri çağırış etdi

Hazırkı Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması ilə iki dövlətin dinc yanaşı yaşaması əsasında bitməlidir.

Publika.az xəbər verir ki, bu barədə “Yeddilik” (Böyük yeddilik) liderlərinin İtaliyada keçirilən görüşün yekunları üzrə qəbul edilmiş bəyanatında deyilir.

“Biz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində dinc yaşaması ilə həllinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, - sənəddə deyilir.

“Qəzza zolağının İordan çayı ilə Fələstin Administrasiyasının hakimiyyəti altında birləşdirilməsinin vacibliyi” vurğulanır.

G7 liderləri deyiblər ki, “qarşılıqlı tanınma, o cümlədən vaxtı gələndə Fələstin dövlətinin tanınması bu siyasi prosesin vacib komponenti olacaq”.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm