Kuba prezidenti Rusiya gəmilərinin yanaşdığı limana gəldi
Bizi izləyin

Dünya

Kuba prezidenti Rusiya gəmilərinin yanaşdığı limana gəldi

Kuba prezidenti Migel Dias-Kanel iyunun 12-dən Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının gəmilərinin yerləşdiyi Havana limanına gəlib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl Rusiyanın “Admiral Qorşkov” freqatının Havana sakinləri və qonaqlarının ziyarəti üçün açıldığı bildirilib.

Xatırladaq ki, iyunun 12-də Rusiya Hərbi Dəniz Qüvvələrinin “Kazan” nüvə sualtı gəmisinin eskadrilyası, “Admiral Qorşkov” freqatı və “Nikolay Çiker” xilasedici yedək gəmisi Havana limanına daxil olub.

ABŞ-ın keçmiş prezidenti və bu vəzifəyə namizəd Donald Tramp Rusiyanın hərbi gəmilərinin ABŞ prezidenti Co Baydenin zəifliyi səbəbindən Kubada peyda olduğunu bildirib. Tramp qeyd edib ki, Kubaya gəldikdən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri Amerikanın Florida ştatının sahillərindən cəmi 60 mil məsafədə olub. O, istehza ilə Baydendən bu barədə nə hiss etdiyini və bu faktdan razı olub-olmadığını soruşub.

"Bu, yalnız Baydenin zəifliyi bizi ölümcül təhlükə qarşısında qoyduğu üçün baş verir. Baydenə nə Rusiyada, nə də Qərbdə hörmət edilmir", - Tramp deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm