9 ölkə İrana qarşı Aİ sanksiyalarına qoşuldu
Bizi izləyin

Dünya

9 ölkə İrana qarşı Aİ sanksiyalarına qoşuldu

Moldova və Ukrayna da daxil olmaqla, doqquz Avropa İttifaqı tərəfdaşı və üzvlüyə namizəd ölkə “Rusiyaya hərbi dəstəyinə” görə Aİ-nin İrana qarşı sanksiyalarının son blokuna qoşulub.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidməti bildirib.

"Namizəd ölkələr olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Rusiyaya hərbi təchizata görə İrana qarşı sanksiyalar tətbiq etmək barədə mayın 14-də Aİ Şurasının qərarına qoşulub", - deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm