ABŞ husilərin 8 PUA-sını məhv etdi
Bizi izləyin

Dünya

ABŞ husilərin 8 PUA-sını məhv etdi

ABŞ ordusu Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarına məxsus 8 pilotsuz uçuş aparatını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində səkkiz pilotsuz uçuş aparatını müvəffəqiyyətlə məhv edib”, - deyə komandanlığın X səhifəsində yayımlanan bəyanatında deyilir.

Həmçinin ticarət gəmilərinə, koalisiya və ABŞ gəmilərinə zərər dəymədiyi qeyd edilib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm