Hotel, yoxsa qəbiristanlıq? - Çökməsi an məsələsidir
Bizi izləyin

Dünya

Hotel, yoxsa qəbiristanlıq? - Çökməsi an məsələsidir

Okeanın ortasında yerləşən 8 otaqlı “Frying Pan” adlı mayak dünyanın ən qorxulu hoteli hesab olunur. Hotel dağılmaq üzrə olan paslı dəmirin üzərində inşa edilib.

Publika.az xəbər verir ki, 1966-cı ildə istifadəyə verilən qüllədə sonralar işıq stansiyası inşa edilib. Lakin “Qlobal Positioning Systems” (GPS) və radar sistemlərinin meydana çıxması ilə qüllə öz funksiyasını itirib.

Artıq mayak kimi istifadə edilə bilməyən qüllə 2004-cü ildə tərk edilib. 2010-cu ildə hökumət bu qülləni hərraca çıxarıb. Qalib gələn Riçard qülləni ekoloji cəhətdən təmiz bir otelə çevirib.

Qüllədə həftəsonu qalma haqqı bir nəfər üçün 1950 dollardır ( təxminən 3.315 manat). Qüllənin yerləşdiyi ərazidə mütəmadi olaraq şiddətli tufanlar olur. Bura yalnız qayıq və ya helikopterlə getmək mümkündür. Çoxlarının bu hoteli “qəbiristanlıq” adlandırmasının səbəbi qüllənin yerləşdiyi yerdə 130-dan çox gəminin batmasıdır. Bu qüllənin tikilməsində məqsəd gəmiləri dayaz ərazidən uzaq tutmaq olsa da, 60 il ərzində 100-dən çox dəniz qəzası baş verib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm