Tokio rusları və Rusiya şirkətlərini "qara siyahı"ya saldı
Bizi izləyin

Dünya

Tokio rusları və Rusiya şirkətlərini "qara siyahı"ya saldı

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirərək Rusiyadan 11 fiziki və 42 hüquqi şəxs, habelə Hindistan, Qazaxıstan, Çin və BƏƏ-dən 11 xarici şirkət əlavə edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sanksiyalar Çindən olan yeddi şirkətə, o cümlədən "Alpha Trading Investments", "Guangzhou Ausay Technology" və "Shenzhen Biguang Trading"ə aiddir.

BƏƏ, Hindistan, Qazaxıstan və Özbəkistanın hər birini isə bir şirkət təmsil edib: “Sun Ship Management”, “Si2 Microsystems”, “Elem Group” və “Mvizion” MMC.

Yaponiyanın Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq Rusiyadan olan 1000-dən çox insana və 150-dən çox təşkilata təsir edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm