Tarixdə ilk: Rusiya ordusu bu dövlətlə...
Bizi izləyin

Dünya

Tarixdə ilk: Rusiya ordusu bu dövlətlə...

Kamboca və Rusiya orduları iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Khmer Times" (KT) portalı məlumat yayıb.

Bildirilir ki, müqavilə Kamboca Kral Ordusu və Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları tərəfindən imzalanıb. Bu, ölkələr arasında tarixdə ilk hərbi müqavilə olub.

Memorandumun imzalanması Kamboca Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini və bu ölkənin Kral Ordusunun komandanı Mao Sophanın Rusiyaya səfərinin sonunda baş tutub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm