Almaniyanın nəhəng layihəsi: Bütün Avropa üçün qalxan olacaq
Bizi izləyin

Dünya

Almaniyanın nəhəng layihəsi: Bütün Avropa üçün qalxan olacaq

Rusiya ilə mümkün müharibəyə hazırlaşan Avropa İttifaqı (Aİ) qitənin bütün hava məkanını qoruyacaq nəhəng layihəyə başlamaq üzrədir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan beynəlxalq müdafiə nəşri “Defence News” yazıb.

Bildirilir ki, Avropa Hava Hücumundan Müdafiə Təşəbbüsü (ESSI) adlanan layihənin memarı Almaniyadır. Məqsəd isə Rusiya ilə mümkün müharibədə Moskvanın hava hücumlarını tamamilə dəf etməkdir. 21 Avropa ölkəsinin daxil olduğu layihədə Türkiyənin də iştirak etmək istədiyi bildirilir.

Xəbərə əsasən, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Polşanın baş naziri Donald Tuskun birgə yazdığı təklif layihəsi Avropa Komissiyasının sədri Ursula fon der Leyenə təqdim edilib. Layihə təklifi həm fon der Leyen, həm də Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən dəstəklənib. Nəhəng layihə üçün maliyyə resurslarının yaradılması təklifi Aİ qurumlarının ilk iclasında əsas gündəm məsələsi olacaq.

Fransa isə Aİ istehsalı olan silahların kifayət qədər istifadə edilmədiyini iddia edərək ESSI layihəsinə qəti şəkildə qarşı çıxır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm