Təbəssüm, şarlar və qırmızı xalça: Putin Şimali Koreyada Qərbə hansı mesajı verib?
Bizi izləyin

Dünya

Təbəssüm, şarlar və qırmızı xalça: Putin Şimali Koreyada Qərbə hansı mesajı verib?

Rusiya prezidenti Vladimir Putin KXDR-ə səfəri zamanı Qərbə qarşıdurmaya hazır olduğuna dair siqnal verib.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Prezident Vladimir Putinin keçən həftə Şimali Koreyaya səfəri zamanı təbəssümlər, şarlar və qırmızı xalça paradının arxasında güclü bir mesaj var idi: Ukrayna münaqişəsi ilə bağlı ABŞ və müttəfiqləri ilə artan ziddiyyətlər fonunda Rusiya lideri Qərbin maraqlarına meydan oxumağa heç vaxt olmadığı kimi hazırdır”, - materialda deyilir.

Nəşr vurğulayır ki, KXDR ilə bağlanan saziş ABŞ və Cənubi Koreyada narahatlıq yaradıb.

Bundan əvvəl Qərbin “Advance” nəşri də Rusiya ilə KXDR arasında müttəfiqlikdə Qərbə siqnal görüb. Materialda qeyd edilir ki, Putin bununla ABŞ-a Moskvanın Vaşinqtonun dünyadakı siyasəti ilə eyni fikirdə olmayan ölkələrlə münasibətlər qurması haqda mesaj verib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm