Yeni Kaledoniyada xalq yenə də küçələrə çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Yeni Kaledoniyada xalq yenə də küçələrə çıxdı - VİDEO

Yeni Kaledoniyada bazar və bazar ertəsinə keçən gecə iğtişaşlar baş verib.

Publika.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, etirazçılarla polis arasında toqquşma olub.

Etirazçılar Kumaka şəhər meriyasının, Dumbada bələdiyyə polisinin binalarını yandırıb, Maraisdə jandarma qüvvələrinə hücum olub, Numeanın müxtəlif ərazilərində iğtişaşlar olub.

Bundan əlavə, etirazçılar avtomobilləri yandırıb, yolları bağlayıblar.

İğtişaşlar, keçən ay iğtişaşların təşkilində ittiham olunan 7 müstəqillik tərəfdarının həbs olunaraq Fransaya göndərilməsindən sonra başlayıb.

May ayında Yeni Kaledoniyada iğtişaşlar olub. O zaman ikisi jandarma da daxil olmaqla beş nəfər ölüb. Fransa hökuməti orada fövqəladə vəziyyət elan etməli olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm