Dünya
Baş nazirin kortejini müşayiət edən polis qəza nəticəsində öldü
Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən Almaniyanın polis əməkdaşı qəzaya düşüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, aldığı xəsarətlərdən ölüb. Daha bir polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, qəza nəqliyyat vasitələrindən birinin kordonu görməyərək kortejin hərəkət etdiyi yola çıxması səbəbindən baş verib. Nəticədə yerli sakinin avtomobili iki polis motosikleti ilə toqquşub.
Orban dünən Ştutqartda keçirilən Macarıstan və Şotlandiya milliləri arasında baş tutmuş matçı izləyib. Günün birinci yarısında o, nümayəndə heyəti ilə hava limanına gedib. Onun korteji zərər çəkməyib.
-
ABŞ15:37Dünya bu xəbərdən danışır, qubernator hər şeyi açıqladı: ABŞ gələn həftə...
-
Maraq dünyası14:45Ayda şəhər tikilir, köçmə tarixi də bəllidir – Çox az qaldı
-
Region13:47Ermənistanın ordusunun gerbi gizli şəkildə dəyişdirilib – FOTO
-
Hadisə12:10Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - Təfərrüat
-
ABŞ11:15Tramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də...
-
MDB09:45Ukraynanın yeni dronları rusları qorxuya saldı: Səssiz-səmirsiz peyda olurlar
-
Sosial09:10Azərbaycanda bayram namazı qılındı
-
Kriminal07:47Qaranlıq “eşq üçbucağı” - Ər qətlə yetirildi

































