Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
Bizi izləyin

Hadisə

Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı

Pakistanda rusiyalı pilotların olduğu Mi-8 helikopteri qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Geo” məlumat yayıb.

Faciə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib. 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm