Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
Bizi izləyin

Magazin2

Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO

Ceyson Stethemin sevgilisi, model Rozi Hantinqton-Uaytli Kseniya Şipilova ilə Parisdə əyləncə gecəsində rol alıb.

Publika.az xəbər verri ki, iş qadını fotolarını İnstaqramda paylaşıb.

Rozi-Hantinqton Uaytli qara “çılpaq” paltarda poza verib. Saçları yumşaq qıvrımlarla tərtib edilmiş və makiyajı qırmızı pomada ilə tamamlanıb. Kseniya Şipilova axşam üçün qəhvəyi xəz palto və qara köynək seçib. Görünüş qara çərçivəli eynəklərlə tamamlanıb. Modellər kamera önündə qucaqlaşıblar.

Rozi Hantinqton-Uaytli özündən 20 yaş böyük Ceyson Stethemlə münasibətdədir. Onlar 2010-cu ildə "Coachella" musiqi festivalında tanış olublar və demək olar ki, dərhal görüşməyə başlayıblar. 2016-cı ilin yanvar ayında aktyor və model nişanlandıqlarını elan ediblər. 2017-ci ilin iyununda cütlüyün Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə qızları İzabella Ceyms dünyaya gəlib. Avqustun əvvəlində Rozi Hantinqton-Uaytli övladları böyüdükdən sonra Ceyson Stethem ilə evlənməyi planlaşdırdığını söyləyib.

Qeyd edək ki, son zamanlar model üzündə sızanaqlar olduğu üçün tənqid edilib. Rozi Hantinqton-Uaytli üzünü makiyajsız nümayiş etdirib və şərhlərdə tənqid olunub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm