Almaniyanın mərkəzində neonasist rüsvayçılığı
Bizi izləyin

Dünya

Almaniyanın mərkəzində neonasist rüsvayçılığı

Almaniyada neonasistlərin əllərində məşəllə nasist dövrünü xatırladan şənlik keçirdikləri üzə çıxıb. Maskalı neonasistlərin görüntüləri gündəm olub.

Publika.az xəbər verir ki, Konstitusiyanın Müdafiəsi Təşkilatının nəzarəti altında olan neonasistlərin ənənəvi gündönümü qeyd etmələrinə 50 nəfər qatılıb.

Bayramla bağlı xüsusi araşdırma aparan “Recherche Nord” adlı qrup onları dronlarla havadan çəkib. Görüntülərdə əllərində məşəl tutan neonasistlərin həyat yoldaşları və uşaqları ilə birlikdə nasist diktatoru Hitlerin dövrünü xatırladan tədbirlər təşkil etdikləri müəyyən edilib.

Qeyd edək ki, 1933-cü ildən başlayaraq ilin ən uzun günündə bütün nasist təşkilatları, xüsusən də Hitler Gəncliyi (Hitleryugend) tərəfindən gündönümü qeyd olunur.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm