Bu iki ölkə də ərizə verdi: BRİKS böyüyür
Bizi izləyin

Dünya

Bu iki ölkə də ərizə verdi: BRİKS böyüyür

BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı durmadan artır. Artıq 30-dan çox belə müraciət var.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov qeyd edib ki, bu dövlətlər bu və ya digər formada BRİKS-in işinə qoşulmaq istəyirlər və onların sayı durmadan artır.

“Çox yaxınlarda” öz istəyini bildirən və rəsmi ərizə təqdim edənlər arasında Tayland və Malayziya da var. Ümumilikdə, artıq otuzdan çox belə müraciət var”, - Uşakov əlavə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm