Dünya
Keniyada etirazlar nəticəsində 10 nəfər öldü

Keniyanın paytaxtında 2024-cü il büdcə layihəsinin müzakirə edildiyi ölkə parlamentinə basqın edən azı 10 etirazçı polis tərəfindən güllələnib.
Publika.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu gün minlərlə insan etiraz aksiyası keçirərək siyasətçilərdən mübahisəli büdcə layihəsində təklif olunan yeni vergilərin əleyhinə səs vermələrini tələb edib. Lakin sənəd təsdiqləndikdən sonra nümayişçilər parlament binasına basqın ediblər. Qiyam edən keniyalılar tüstü bombalarını partladıblar. Parlamentə hücum zamanı polis atəş açmağa məcbur olub. Ən azı 50 nəfər yaralanıb.
Qəbul edilmiş qanun layihəsində yeni vergilər, o cümlədən ekoloji vergi, çörəyin alışına görə 16 faiz ƏDV, nəqliyyat vasitələrinə 2,5 faiz vergi nəzərdə tutulur. Artıq onları ləğv edəcəklərinə söz veriblər.
Diplomatlar vəziyyəti son dərəcə gərgin kimi qiymətləndirirlər.

-
Hadisə00:45
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uçmağa icazən var
-
İdman19 İyul 23:12
Neymar 1,5 milyona aldığı avtomobili bu səbəbdən sürə bilməyəcək - FOTO
-
Yaxın Şərq19 İyul 23:00
20 il komada qalan "Yatmış Şahzadə" VƏFAT ETDİ
-
Magazin119 İyul 22:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region19 İyul 21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya19 İyul 21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika19 İyul 20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ