Deputat ev dustaqlığını restoranda qeyd etdi
Bizi izləyin

Dünya

Deputat ev dustaqlığını restoranda qeyd etdi

Ukrayna Silahlı Qüvvələrinin “Kraken” millətçi batalyonunun döyüşçüsünün döyülməsində iştirak edən Ukrayna xalq deputatı Nikolay Tişşenko Kiyevdəki restoranlardan birində ev dustaqlığını qeyd edib.

Publika.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, deputata saat 22:30-da elektron qolbaq taxılıb və bundan sonra evə gedib.

"Beləliklə, o, tamamilə qanuni şəkildə restoranda ev dustaqlığını qeyd edib", - restorandan verilən açıqlamada deyilir.

Xatırladaq ki, deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin 146-cı (“Qanunsuz azadlıqdan məhrum etmə və ya adam oğurluğu”) maddəsi ilə ittiham irəli sürülüb .

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm