Həyat yoldaşından Assanjla bağlı AÇIQLAMA: sağalması üçün...
Bizi izləyin

Dünya

Həyat yoldaşından Assanjla bağlı AÇIQLAMA: sağalması üçün...

Culianın sağalması, azadlığa alışması üçün vaxt lazımdır

Publika.az xəbər verir ki, bu sözləri “Wikileaks” portalının təsisçisi Culian Assanjın həyat yoldaşı Stella Assanj jurnalistlər üçün Avstraliyada keçirilən mətbuat konfransında deyib.

Stella Culianın mətbuat konfransında iştirak etməyəcəyini təsdiqləyərək, ərinin ictimaiyyət qarşısında çıxış etməzdən əvvəl sağalması üçün vaxta ehtiyacı olduğunu söyləyib.

“Onun nələr keçirdiyini başa düşməlisiniz”,- deyə o, əlavə edib.

Assanjın vəkili Cennifer Robinson ABŞ və Assanj arasındakı razılaşma haqqında məlumat verib:

“Təəssüf ki, Assanj azadlığını əldə etmək üçün öz təqsirini qəbul etməli oldu. Bu, jurnalistikanın kriminallaşdırılmasıdır”.

Stella isə ABŞ-da prezidentin əfvinə yenidən ümid bağlayıb: “Məncə, mətbuat bu presedentə qarşı çıxmaq üçün birləşsə, o, əfv olunacaq”.

Stella qeyd edib ki, əri, prinsipial və qorxmaz olaraq qalır.

Qeyd edək ki, Culian Assanj azadlığa çıxsa da, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, onun icazəsiz ABŞ-a qayıtması qadağandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm