Dünya
Türkiyə Rumıniya və Bolqarıstanla birgə mina təhlükəsi ilə mübarizəyə başlayır
Türkiyə Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə mina təhlükəsi ilə mübarizə aparacaq.
Publika.az xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Ərcüment Tatlıoğlu üç Qara dəniz ölkəsinin nümayəndələrinin 1 iyul – Naviqasiya və Kabotaj Gününə həsr olunmuş birgə iclasında bildirib.
Onun sözlərinə görə, Bolqarıstan və Rumıniya ilə razılaşmaya uyğun olaraq Qara dənizdə minalara qarşı tədbirlər üzrə Operativ Qrup (“MCM Black Sea”) yaradılıb. Qrupa Türkiyə rəhbərlik edir.
“Bizim ölkələrimiz Qara dəniz regionunun, strateji əhəmiyyətini dərk edirlər. “MCM Black Sea”nın fəaliyyəti təkcə üç ölkə üçün deyil, həm də bütövlükdə region üçün həyati əhəmiyyət kəsb edir”, - deyə Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.
Operativ Qrupa daxil edilən gəmilər iyulun 1-də İstanbulun Beykoz rayonundakı Umuryeli dəniz bazası ərazisindən yola düşüblər.
-
Yaxın Şərq02:22
İsrail Livanın cənubunda əsas su təchizatını VURDU
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ