Dünya
Onların iqtidara gəlişi Putinin sevincinə səbəb olacaq
Böyük Britaniyada pasifist leyboristlər hakimiyyətə gəlsə, Rusiya bundan faydalanacaq.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın istefada olan polkovniki Riçard Kemp "Daily Mail"də yazıb.
“Putin leyboristləri hakimiyyətdə görməkdən şad olardı. Leyboristlərin lideri Ser Keirin Rusiyanı sakitləşdirəcəyinə inanmıram, lakin o, Ukraynanı dəstəkləməkdə Sunak kimi aktiv olmayacaq”, - materialda bildirilib.
Kemp həmçinin qeyd edib ki, Britaniya hazırda İkinci Dünya müharibəsinin bitməsindən sonra özünün ən təhlükəli geosiyasi dövrünə qədəm qoyub. Onun sözlərinə görə, ölkə leyboristlərin hakimiyyətə gəlmə potensialından narahatdır.
Bildirilib ki, vətəndaş sorğularına əsasən Leyboristlər Partiyasının populyarlığı getdikcə artır və artıq hakim Mühafizəkarlar Partiyasını qabaqlayır. Yeni parlamentin iyulun 9-da toplanacağı, iyulun 17-də isə Britaniya monarxının hökumətin planları barədə çıxış edəcəyi təsdiqlənib.
Adəm Abbaslı
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO