Rusiya Ərdoğanın bu təklifini rədd etdi: "Bu, mümkün deyil"
Bizi izləyin

Dünya

Rusiya Ərdoğanın bu təklifini rədd etdi: "Bu, mümkün deyil"

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində Qazaxıstanın paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Publika.az xəbər verir ki, Ərdoğan görüş zamanı Türkiyənin bölgədə və dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcəyini bildirib. Eyni zamanda Ukrayna ilə Rusiya arasında davam edən müharibəyə son qoymaq üçün barışığa zəmin yarada biləcəyini də qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanın bu təklifi ilə bağlı "Channel One Russia" telekanalına açıqlama verib. O, görüşdə Ukraynadakı müharibənin də müzakirə edildiyini, Ərdoğanın bu məsələdə mümkün vasitəçi olmadığını bəyan edib.

Türkiyə prezidentinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Xeyr, mümkün deyil”.

Digər tərəfdən, Peskov Putinin aylardır gözlənilən, lakin heç vaxt baş tutmayan Türkiyə səfərinin tarixinin müəyyən edilə bilmədiyini də bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimr Putin son açıqlamasında Rusiyanın Ukrayna tərəfi ilə dialoqu İstanbul və Minsk əsasında davam etdirməyə hazır olduğunu bildirmişdi. Həmçinin Putin və Rusiya rəsmiləri əvvəlki açıqlamalarında hər zaman danışıqlara açıq olsalar da, Minsk və İstanbulda sülh danışıqlarının Qərb tərəfindən pozulduğunu və Ukraynanın Qərbin tələsinə düşdüyünü iddia ediblər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm