"Dünya Amerika hegemonluğundan birdəfəlik ayrılmalıdır" - Çağırış edildi
Bizi izləyin

Dünya

"Dünya Amerika hegemonluğundan birdəfəlik ayrılmalıdır" - Çağırış edildi

Avstriyadakı Krımın Dostları Klubunun rəhbəri Patrik Poppel deyib ki, xalq diplomatiyası vasitəsilə ABŞ-ın təsirindən kənar Müstəqillik Günü təsis edilməlidir.

Publika.az xəbər verir ki, Patrik Poppel bildirib ki, "dünya Amerika hegemonluğundan birdəfəlik ayrılmalıdır".

Eyni zamanda o, ABŞ-dan kənar Müstəqillik Gününün təsis edilməsinin birqütblü dünyaya qarşı çıxan və ABŞ-ın ekspansiyasından qurtulmağa çalışan dövlətlər üçün “simvolik” olacağını vurğulayıb.

Maraqlıdır ki, klub rəhbəri belə bir günün ABŞ-ın Müstəqillik Gününün qeyd olunduğu iyulun 4-də elan olunmasını təklif edib.

Poppelin fikrincə, ABŞ-ın digər xalqlara qarşı siyasəti “milli kimliyi aşındırır, milli mədəniyyətlərin və dillərin qorunub saxlanmasına və inkişafına mane olur”. Onun sözlərinə görə, bu pis təcrübə keçmişdə qalmalıdır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm