ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...
Bizi izləyin

ABŞ

ABŞ-dan Putinə şok ittiham: Trampı öyrədib ki...

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampa Ukrayna haqqında mənfi fikir aşılayıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bunun 2017-ci ilin iyulunda Almaniyanın Hamburq şəhərində Putinlə Trampın görüşündə baş verdiyi iddia edilir. Həmin görüşdən sonra ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson konfrans zalından çıxıb, cibindən qeydlər götürüb və Ağ Evin təşvişə düşmüş köməkçilərinə görüşün xülasəsini verib.

Materialda qeyd olunur ki, Tillerson həmin anda “Prezident Trampın Ukrayna ilə bağlı fikrini dəyişdirmək üçün işləmək” lazım olduğunu bəyan edib. Qəzet həmçinin vurğulayır ki, keçmiş dövlət katibi iki dövlət başçısı arasında keçirilən görüşdə Putinin Trampın “düşüncəsini formalaşdırmaqda ustad dərsi” keçirməsinə tamaşa edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm