Liftdə qalan 4 nəfər belə xilas edildi - Video
Bizi izləyin

Hadisə

Liftdə qalan 4 nəfər belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi və Nəsimi rayonlarında doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Publika.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3-ü azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm