Türkiyədən Ukraynaya təklif: Sülh platforması yaradaq və...
Bizi izləyin

Dünya

Türkiyədən Ukraynaya təklif: Sülh platforması yaradaq və...

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün sülh platformasının yaradılmasını təklif edib.

Publika.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunun zəruriliyini açıqlayıb.

Onun sözlərinə görə, Ukraynada üç ildir ki, davam edən münaqişə “provayder müharibəsi xarakteri alıb”. XİN rəhbəri qeyd edib ki, strateji mənzərə hər iki tərəfin geniş silahlanmasını göstərir.

“Biz Türkiyə olaraq sülh təşəbbüslərinin geniş yayılmasının, ölkələrin geniş iştirakı ilə sülh platformasının yaradılmasının və diplomatiyanın tərəfdarıyıq. Bu münaqişənin təsirinə məruz qalan ölkələr olaraq biz vahid mövqedən çıxış etməliyik”, - Hakan Fidan vurğulayıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm