Stoltenberq Çin və Rusiyanın əsas məqsədini açıqladı
Bizi izləyin

Dünya

Stoltenberq Çin və Rusiyanın əsas məqsədini açıqladı

Pekin və Moskva Ukrayna münaqişəsində ABŞ və NATO-nun məğlub olmasını təmin etmək üçün hər cür səy göstərir.

Publika.az xəbər verir ki, bunu "CBS News"-a müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Si Cinpin və Vladimir Putin, hamısı NATO və ABŞ-ın Ukraynada iflasa uğramasını istəyir”, - Stoltenberq bildirib.

Onun fikrincə, Ukraynada qələbə təkcə Rusiya liderinə deyil, həm də ÇXR sədrinə cəsarət verəcək. Bu səbəbdən “Ukraynada baş verənlər Asiyada da baş verə bilər”.

Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, Vaşinqton Pekinlə yığılıb qalmış problemlərini tez bir zamanda həll etməlidir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm