ABŞ Fransada siyasi qeyri-sabitliyin başladığını elan etdi
Bizi izləyin

Dünya

ABŞ Fransada siyasi qeyri-sabitliyin başladığını elan etdi

Fransa parlament seçkilərində solçuların qələbəsindən sonra siyasi qeyri-sabitliyə doğru gedir. Fakt budur ki, ölkədə koalisiya hökuməti yaratmaq ənənəsi yoxdur.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg"də dərc olunan məqalədə qeyd edilib:

“Fransa solçu koalisiyanın seçkilərdə qazandığı qələbədən sonra heç bir partiyanın ölkəni idarə etmək üçün lazım olan çoxluğu tələb edə bilməyəcək. Buna görə də ölkə siyasi qeyri-sabitliyə doğru gedir”.

Jurnalistlərin fikrincə, “koalisiya ənənəsi olmayan ölkənin qanunları qəbul etməyə qadir hökuməti necə formalaşdıracağı” bəlli deyil.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm