Sülh planını Rusiya və Ukrayna hazırlamalıdır
Bizi izləyin

Dünya

Sülh planını Rusiya və Ukrayna hazırlamalıdır

Ukrayna üçün sülh planını münaqişə tərəfləri özləri hazırlamalıdır, lakin əvvəlcə atəşkəs lazımdır.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin administrasiyasının rəhbəri Qergeli Qulyas bildirib.

Ötən həftədən Viktor Orban Ukraynadakı vəziyyəti həll etmək üçün “sülh missiyası” çərçivəsində müxtəlif ölkələrə səfərlər edir. Kiyevə səfəri zamanı Macarıstan lideri danışıqları sürətləndirmək üçün Ukrayna Silahlı Qüvvələrini atəşi dayandırmağa çağırsa da, mənfi cavab alıb.

“Bizim konkret sülh planımız yoxdur. Sülh planını yalnız münaqişə tərəfləri birlikdə hazırlaya bilər, lakin biz həm də əminik ki, dialoq atəşkəs tələb edir. Çünki ondan əvvəl bu planın effektiv aparılması real deyil” , - deyə Qulyas qeyd edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm