NATO-da bu məsələyə görə fikir ayrılığı yaranıb - Duda
Bizi izləyin

Dünya

NATO-da bu məsələyə görə fikir ayrılığı yaranıb - Duda

Polşa prezidenti Anjey Duda Milli Təhlükəsizlik Şurasının iclasında deyib ki, Ukraynanın NATO-ya dəvət olunması məsələsində birlik yoxdur.

Publika.az xəbər verir ki, NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Dudanın qeyd etdiyi kimi, Ukraynanın üzvlüyü məsələsində alyansda birlik yoxdur, lakin prosesin davam etdirilməli olduğuna inam var.

“Qərarlar qəbul edilməlidir ki, Ukraynanın NATO-ya gedən yolu dönməz olsun. Ayansın bütün addımlarından sonra Ukrayna cəmiyyətinin istəklərinə uyğun olaraq NATO-ya üzv olmaq istəyib-istəməməsinə müstəqil qərar verən ölkə olsun”, - deyə Duda bildirib.

Polşa lideri əlavə edib ki, sammitdə Ukraynanın gücləndirilməsi, NATO-nun Kiyevə dəstəyi, eləcə də təhlükəsizlik təminatı ilə bağlı bir sıra qərarların qəbulu planlaşdırılır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm