Məşhur şirkətin 30 min əməkdaşı tətil elan etdi
Bizi izləyin

Dünya

Məşhur şirkətin 30 min əməkdaşı tətil elan etdi

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics”-in işçilərini təmsil edən həmkarlar ittifaqı 30 min əməkdaşı qeyri-müəyyən tətilə çağırıb.

Publika.az xəbər verir ki, ittifaq daha yaxşı maaş və müavinətlər üçün başlatdığı işin bir hissəsi olaraq bu addımı atıb.

Şirkət bu barədə bəyanatında istehsal xətlərində olan nasazlıqların aradan qaldırılacağını bildirib: “Şirkət həmkarlar ittifaqı ilə vicdanlı danışıqlara başlamağı öhdəsinə götürür”.

Tətildə iştirak edən işçilər şirkətin Seulun Xvason rayonundakı baş ofisinə toplaşıblar.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm